İstanbul terrorunun yeni VİDEOSU

Noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində törədilən terror aktının yeni videosu yayılıb.

Globalinfo.az bildirir ki, qadın terrorçunun hadisə yerinə necə gəldiyini və hadisəni törətdikdən sonra qaçdığını əks etdirən yeni görüntülər üzə çıxıb.

Həmçinin görüntülərdən qadının bir skamya üzərində əyləşdiyini, daha sonra bel çantasını orada qoyaraq uzaqlaşdığını görmək mümkündür.

Qeyd olunur ki, bombanı qoyan qadının hadisə yerinə gəlib-getdiyini lentə alan 1200 təhlükəsizlik kamerasının görüntüləri araşdırılıb.