İstanbul terrorunda şübhəli bilinən daha 8 nəfər saxlanıldı

Noyabrın 13-də İstanbulun İstiqlal küçəsində partlayışla əlaqədar olaraq daha 8 nəfər saxlanılıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Anadolu agentliyi məlumat yayıb.

İstintaq orqanının məlumatına görə, onlar terror aktını icra edən suriyalı Əhləm Əlbəşirə köməkdə təqsirli bilinirlər.