İstanbul terroru: həbs edilənlərin sayı açıqlandı

Noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində törədilən terror aktına görə şübhəli bilinən 51 nəfərdən 17-si həbs olunub.

Globalinfo.az xəbər verir ki, həbs olunanlar arasında teraktı törədən Suriya əsilli qadın Ahlam Albashır də var.

Xatırladaq ki, hadisə nəticəsində 6 nəfər həlak olmuş, 81 nəfər yaralanmışdı.