İstanbul sel təhlükəsi ilə üz-üzə – Təcili addım atılmazsa, bu şəhərlər su altında qalacaq

“İstanbulun bir hissəsi, o cümlədən Kadıköy ərazisi və Boğaziçi sahilindəki villalar su altında qala bilər”.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Boğaziçi Universitetinin İqlim Dəyişiklikləri Araşdırma Mərkəzinin direktoru Levent Kurnaz məlumat verib.

Levent Kurnazın sözlərinə görə, şəhər gələcəkdə ciddi problemlə – daşqınla üzləşə bilər.

“Əriyən buzlaqlar dəniz səviyyəsinin qalxmasına səbəb olur və bu da öz növbəsində əsrin ortalarına qədər Mərmərə dənizinin 50 santimetr yüksəlməsinə səbəb olacaq. Bu, İstanbulun bir hissəsinin, o cümlədən Kadıköy ərazisinin və Boğaziçi sahilindəki villaların su altında qala biləcəyinə səbəb olacaq. Dolmabaxça və Çırağan sarayları kimi bəzi mədəniyyət obyektləri də sel təhlükəsi ilə üzləşəcək”.

L.Kurnaz İstanbuldakı bu və digər strukturları xilas etmək üçün təcili tədbirlər görülməli olduğu barədə xəbərdarlıq edib:

“Xüsusilə Dolmabaxça və Çırağan saraylarını seldən qorumaq üçün divarlar tikilməlidir. Ancaq bunun üçün tez zamanda işlərə başlamaq lazımdır, əks halda çox gec olacaq”.