İstanbul mübarizəsi: Kurum sorğu nəticəsindən danışdı

Türkiyədə Cümhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədrliyinə namizədi Murad Kurum martın 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı İstanbulda apardığı son sorğunun nəticələrini paylaşıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, M.Kurum rəqibini üstələdiklərini açıqlayıb.

“Daha əvvəl rəqibimiz bizdən 1,5 xal öndə idi. Dünən keçirdiyimiz sorğunun nəticələrini əldə etdik. Nəticəyə əsasən, biz önə keçmiş vəziyyətdəyik. Yaxşı nəticə əldə etmək üçün çox çalışırıq. Arxayın oturmaq olmaz”, – Kurum vurğulayıb.