Rusiyanın Aeroflot şirkətinə məxsus İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş edib.
Globalinfo.az xəbər verir ki, təcili enişin ilkin səbəbi uçuş zamanı təyyarədə nasazlığın yaranmasıdır.
Təyyarədə olan bütün sərnişinlər Həştərxanda hava limanının binasına təxliyə ediliblər. Bildirilib ki, sərnişinlər gecə saat 2-də Moskvadan başqa bir təyyarə ilə aparılacaqlar.