İstanbul merinin boş qalan yeri: Yeni təyinat olacaq?

levent

“Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və digərlərinin saxlanılması barədə ifadələr davam edir. Prokurorluq böyük ehtimalla bəzi adların həbsini və cinayət işinin məhkəməyə verilməsini istəyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli hüquqşünas Levent Ersin Orallı deyib.

Onun sözlərinə görə, bəzilərinin xaricə getməsinə qadağa qoyula bilər.

“Əkrəm İmamoğlunun vəzifəsindən uzaqlaşdırılması və ya həbs edilməsi halında, İBB-yə qəyyum təyin edilməsi mümkündür. Bu prosesin necə həyata keçiriləcəyi və müddəti ilə bağlı rəsmi açıqlamalar gözlənilir”.

Əliyar Xəlil
Globalinfo.az