İstanbul finalı: “Mançester Siti” ÇL-nin qalibi oldu – Yenilənib

“Mançester Siti” “İnter”i 1-0 məğlub etməklə Çempionlar Liqasının qalibi oldu.

***

Rodri 69-cu dəqiqədə “Mançester Siti”ni hesabda önə çıxardı: 1-0.

***

İkinci hissə başladı.

***

İlk hissə başa çatdı.

***

İstanbulda Çempionlar Liqasının finalı: “Mançester Siti” – “İnter” matçı başlayıb.

***

“Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək Çempionlar Liqasının final oyunu üçün start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Mançester Siti”: 31. Ederson, 3. Ruben Diaş, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Holann, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Brüyne, 20. Bernardu Silva, 25. Manuel Akanci.

“İnter”: 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Ceko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni.

***
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək.

Globalinfo.az xəbər verir ki, İstanbulda oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ bu turnirdə qalib olmayıb. “İnter” isə ÇL-də oynadığı altı finalın 3-dən qələbə ilə ayrılıb.

Xatırladaq ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.

UEFA Çempionlar Liqası

Final

10 iyun

23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İstanbul, Atatürk Olimpiya Stadionu