İstanbul avtobuslarında İmamoğlu qadağası

imamoglu avtobus

Türkiyədə dələduzluq, rüşvət, sənədlərin saxtalaşdırılması kimi ittihamlarla həbs edilən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barədə daha bir qərar verilib.

Globalinfo.az xəbər verir ki, bu dəfə İmamoğlunun olduğu foto, video və audio kimi materialların istifadəsi qadağan edilib.

Belə ki, İstanbul Baş Prokurorluğu bununla bağlı göstəriş verib.

Bildirilib ki, sözügedən məzmunlar artıq İstanbul şəhərindəki ictimai nəqliyyatlarda (avtobus, metro və sair) görünməyəcək.

Qeyd edək ki, bundan əvvəl İstanbul Baş Prokurorluğu mart ayında Əkrəm İmamoğlu ilə bağlı afişa və pankartların toplanması əmrini vermişdi.

Əliyar Xəlil
Globalinfo.az