İsranbulda metro stansiyasını su basdı, təhlükə elan olundu – VİDEO

İstanbulda metro stansiyasını yağış suları basıb.

Globalinfo.az xəbər verir ki, yağan güclü yağış İstanbulda metro stansiyasına dolub. Nəticədə stansiyanın bir hissəsi bağlanıb.

Meteorologiya idarəsi İstanbulda yağan şiddətli yağış və güclü külək səbəbiylə sarı təhlükə səviyyəsi elan edib.

Bildirilir ki, yağış suları mart ayında açılan M9 xətti ilə şəhərin qərbində yerləşən “Yenibosna” stansiyasına daxil olub.

Stansiyanın tavanından axan yağış sularının yaratdığı fəsadlar səbəbindən stansiyanın bir hissəsi bağlanıb.

Hazırda gölməçələrin qurudulması üçün lazımi tədbirlər həyata keçirilir.

Əliyar Xəlil
Globalinfo.az