İsrailli polislərə kamikadze hücumu: ölən var – VİDEO

Fələstinin Cenin şəhərində israilli polislərə kamikadze hücumu olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avtomobilin partladılması nəticəsində İsrail sərhəd polisinin üç əməkdaşı yaralanıb, bir nəfər – 19 yaşlı Şay Qarmai ölüb.

Yaralılar Hayfadakı xəstəxanaya yerləşdiriliblər.

Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.