İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Gvirin Qəzzaya yardım aparmağa çalışarkən saxlanılan beynəlxalq ictimai fəalların görüntülərini paylaşması rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, videoda İsrail təhlükəsizlik qüvvələri saxlanılan ictimai fəallara qarşı sərt davranır, şiddət göstərir və başlarını yerə əyir.
Ben-Gvir görüntüləri “İsrailə xoş gəlmisiniz” başlığı ilə paylaşıb. Məlumata görə, saxlanılanlar arasında müxtəlif ölkələrin vətəndaşları var. Böyük Britaniya, Kanada, Almaniya, Hollandiya, İspaniya, İrlandiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya hökumətləri israilli nazirin paylaşımına sərt etiraz bildirib, fəallara qarşı davranışları, həmçinin Ben-Gvirin bunu paylaşmasını tənqid ediblər.
İtaliyanın Baş naziri Corciya Meloni də sosial şəbəkədə paylaşım edərək İsrail hökuməti və nazirə etiraz bildirib. O, fəallara qarşı davranışı və Ben-Gvirin paylaşımını “qəbuledilməz” adlandırıb. Meloni nazirin ictimai fəallar arasında olan italyanları təhqir etdiyini, buna görə İsrail səfirinin İtaliya Xarici İşlər Nazirliyinə çağırılacağını söyləyib. O, İtaliyanın İsrail hökumətindən üzr tələb etdiyini vurğulayıb.
İtarmar Ben-Gvirin paylaşımına İsrailin xarici işlər naziri Gideon Saar da sərt reaksiya verib. Saar Ben-Gvirin belə bir paylaşımla İsrailə zərbə vurduğunu söyləyib.
🚨BU GÖRÜNTÜLERE SESSİZ KALMA!
❌ İsrail soykırım bakanı Itamar Ben Gvir, uluslarası sularda kaçırdıkları yardım taşıyan sivil aktivistlere işkence yaptı!
▪️Ters kelepçeyle alıkoydukları aktivistlere şiddet uyguılayan Ben Gvir, askerlerin arkasına saklanarak “İşler böyle… pic.twitter.com/AejydzydnX
— TRHaber (@trhaber_com) May 20, 2026
Əliyar Xəlil
Globalinfo.az