İsraillə əməkdaşlıqda günahlandırılan 4 nəfər edam edildi

İranda 4 nəfər İsraillə əməkdaşlıq ittihamı ilə edam edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin ədliyyə orqanlarının bəyanatında deyilir.

Bəyanata əsasən, Urmiya şəhərində İsrail xarici kəşfiyyat xidmətlərinə casusluq ittihamı ilə 4 nəfər edam edilib.