
“İran vasitəçilərin köməyi ilə İsrailə heç bir mesaj göndərməyib”.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Bundan əvvəl İranın Kiprdən İsrailin Baş naziri Benyamin Netanyahuya müəyyən mesajlar çatdırmağı xahiş etdiyi iddia edilib.
Qeyd edək ki, həmçinin Tehranın Oman və Qətərdən İsrailin davam edən zərbələrini dayandırmaq və nüvə danışıqlarını bərpa etmək üçün Vaşinqtonla danışıqlarda vasitəçilik etməyi xahiş etdiyi də bildirilib. Prosesə Səudiyyə Ərəbistanının da qoşulduğu əlavə edilib.
Əliyar Xəlil
Globalinfo.az