Üç oğlum və nəvəm öldürüldü – HƏMAS lideri

İsrail aviasiyasının Qəzzaya aviazərbələri nəticəsində HƏMAS lideri İsmail Haniyənin üç oğlu və nəvəsi həlak olub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı HƏMAS lideri təsdiqləyib.

HƏMAS lideri İsrail hərbçilərinin atəşi nəticəsində indiyə qədər 60 qohumunun öldüyünü deyib. Eyni zamanda ailə üzvlərinin ölümünün HƏMAS-nın Qəzzada atəşkəslə bağlı tələbinə təsir etməyəcəyini nəzərə çatdırıb.

Qeyd edək ki, İsrail hökuməti ABŞ-ın planına uyğun olaraq, 150 min fələstinlinin Qəzzanın şimalına qayıtmasına razılıq verib.