israil

İsrail Suriyanın İdlib vilayətində yerləşən Əbu-Duhur aviabazasına endirilən son zərbələr fonunda Türkiyə ilə münasibətlərin daha da gərginləşməsində maraqlı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Xarici işlər naziri Gideon Saar deyib.

“Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik”, – deyə Saar İsrailin “Kanal 12” telekanalına açıqlamasında bildirib.

Bununla yanaşı, xarici işlər naziri İsrailin mövcud status-kvonu qorumaqda israrlı olduğunu və Suriyada Türkiyənin hərbi bazalarının yaradılmasına razılıq verilməyəcəyini vurğulayıb. Saarın sözlərinə görə, İsrail İranın Livan və Qəzza sektorunda nüfuzunu gücləndirməsi təcrübəsini nəzərə alır və Türkiyə ilə Suriya arasındakı münasibətlərdə də oxşar ssenarinin təkrarlanmasını istəmir.

Nazir əlavə edib ki, İsrail hər zaman diplomatik həll yollarına üstünlük verir və Ankara ilə münasibətləri qəsdən gərginləşdirmək niyyətində deyil.

İsrail Hərbi Hava Qüvvələri 18 avqust 2026-cı il gecəsi Suriyanın İdlib vilayətində yerləşən Əbu-Duhur hərbi aerodromuna silsilə zərbələr endirib. İsrail tərəfi bu addımı Türkiyə qüvvələrinin bölgədə möhkəmlənməsinin və ölkə aviasiyasının fəaliyyətini məhdudlaşdıra biləcək hərbi infrastrukturun yaradılmasının qarşısını almaqla əlaqələndirib.

Türkiyənin Xarici İşlər Nazirliyi hava zərbələrini kəskin şəkildə pisləyərək, bunu Suriyanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Bununla yanaşı, Türkiyənin rəsmi şəxsləri və Dəməşq hakimiyyəti bu bazada Türkiyə hərbçilərinin daimi yerləşdirilməsinin planlaşdırıldığı barədə məlumatları təkzib ediblər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: