İsrailin Qəzzaya hücumları: 150 nəfər öldü

qezza 09

İsrail ordusunun son 24 saatda həyata keçirdiyi hücumlarda 150 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində daha 459 nəfər yaralanıb.

Məlumata görə, müharibə başlayandan bəri Qəzzada həlak olanların sayı 53 272 nəfərə, yaralananların sayı isə 120 673 nəfərə çatıb.