İsrailin müdafiə naziri: İranı “ikinci Qəzza”ya çevirəcəyik

“İranın ballistik raket hücumu İsrail hava qüvvələrinin imkanlarına xələl gətirməyib”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

O bildirib ki, israil düşmənlərinin oxşar hücumlarına cavab verməkdən çəkinməyəcək.

“İsrail cavab tədbirinin vaxtını və üsulunu müəyyən edəcək. Bu, sadəcə bəyanat olaraq yox, bir plan kimi qəbul edilməlidir. İrandan atılan raketlərin əksəriyyəti ya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, ya da açıq ərazilərə düşüb. Bununla belə, hücum 10 milyon israillini sığınacaqlarda gizlənməyə məcbur etdi. Bizə hücum etmək istəyənlər  Qəzzada və Beyrutda baş verənlərə baxmalıdır və dərs almalıdır”, – deyə  Qalant vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az