İsrailin müdafiə naziri Bakıya gəlir – Mühüm görüşlər

***
09:48

İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Səfər bu gün başlayacağı və onun Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşəcəyi bildirilib.

Yerli KİV-də yer alan məlumata görə, nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.