İsrailin hava limanında xaos – VİDEO

İsrailin Ben Qurion hava limanında xaos yaşanır.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, hazırda yüzlərlə insan ölkəni tərk etməyə çalışır.

Qeyd edək ki, HƏMAS-ın genişmiqyaslı hücumu və buna cavab olaraq İsrail ordusunun həyata keçirdiyi antiterror əməliyyatları bölgədəki vəziyyəti gərginləşdirib. Artıq hər iki tərəfdən yüzlərlə insan hərbi əməliyyatların qurbanı olub.