1727797473601398 RrKPFSmI

İsrailin mərkəzində hava hücumu xəbərdarlığı elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət Təl-Əvivin şimalındakı Şaron rayonunun yaşayış məntəqələrindən, eləcə də İordan çayının qərb sahilinin şimal hissəsinin ərazilərindən gedir.

“İsrailin mərkəzində hava hücumu sirenləri səslənib. Raketlər Livan ərazilərindən atılıb”, – deyə məlumatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: