livan

İsrailin Livana hücumları nəticəsində son gün ərzində azı 41 nəfər həlak olub. 140 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Martın 2-də hərbi eskalasiyanın başlanmasından bu günə qədər ölənlərin ümumi sayı 3412, yaralıların isə 10269 nəfər yüksəlib”, – deyə, qurumun məlumatında bildirilir.

Nazirliyin açıqlamasında qeyd edilir ki, İsrail aviasiyası mülki infrastrukturu, yaşayış məntəqələrini və şəhərləri hədəfə almaqda davam edir. Bildirilir ki, günün sonuna qədər ölü və yaralıların sayının artacağı istisna edilmir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: