İsrailin Güney Azərbaycan planı İranı silkələdi – Pəhləvidən hücum mesajı

İranın vəliəhd şahzadəsi Rza Pəhləvi İsraili tənqid edib.

Globalinfo.az xəbər verir ki, Pəhləvi İsrail parlamentinin 32 deputatının xarici işlər naziri Eli Kohenə Güney Azərbaycanın formalaşdırılmasına dəstək verilməsini tələb etməsi barədə məktubunun qəbuledilməz olduğunu bildirib.

O, deputatların etdiklərini “İranın ərazi bütövlüyünə şifahi hücum” adlandırıb:

“Bu məntiqsiz bəyanatlar İsrail liderləri və rəsmi simalarının mənimlə görüşlərdə verdikləri bəyanatlara tam ziddir. Bu gün mən Qüdsdəki dostlarımıza öz həmvətənlərimin və özümün qayğılarımı çatdırdım”.

Pəhləvi ilə yanaşı müxalif Haft Abana Cəbhəsi də məktuba kəskin reaksiya verib. Təşkilat bəyanatı “İranın ərazi bütövlüyünə qarşı açıq düşmənçilik” kimi təqdim edib.

Qeyd edək ki, bundan öncə İsrailin 32 deputatı XİN rəhbərindən Güney Azərbaycanın müstəqilliyinə dəstək verməsini tələb edən məktub yayımlayıb. Bu məktub Kohenin Bakıya səfərindən az sonra üzə çıxıb.

İlkin Həsənov
Globalinfo.az