İsrailin “Dəmir divar” əməliyyatı: ərazilər boşaldıldı

isr1

İsrail ordusunun “Dəmir divar” əməliyyatı İordan çayının qərb sahilində bir neçə qaçqın düşərgəsinin boşaldılmasına və 40 min insanın köçürülməsinə səbəb olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.

“Yanvarın 21-də İsrail qüvvələrinin “Dəmir divar” əməliyyatına başlamasından bəri bir neçə qaçqın düşərgəsi demək olar ki, tamamilə boşaldılıb. Cenin düşərgəsindən başlayan əməliyyat Tulkərm, Nur-Şəms və əl-Farah qaçqın düşərgələrinə yayılaraq 40 min fələstinli qaçqını yerindən edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, təkcə 2025-ci ildə İsrail İordan çayının qərb sahilinə ən azı 38 hava hücumu həyata keçirib.