İsraili bu qurumlardan uzaqlaşdırmaq istəyirlər – Müraciət edildi

Avropa Parlamentinin bir qrup üzvü Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edərək, İsrail milli futbol komandasına və klublarına sanksiya tətbiq edilməsini istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Müraciətin Qəzza zolağında baş verən münaqişə ilə əlaqədar edildiyi bildirilir.

Parlament üzvlərinin məsələ ilə sözügedən qurumlara məktubla müraciət ünvanladığı qeyd olunur.

“Biz Avropa Parlamentinin üzvləri və Avropa xalqının siyasi nümayəndələri olaraq FİFA, UEFA və bütün aidiyyatı qurumları Fələstində davam edən insan haqları pozuntularına qarşı qətiyyətli addımlar atmağa çağırırıq”, – bəyanatda deyilir.

Əliyar Xəlil
Globalinfo.az