İsraildən şok: İran 5 nüvə bombası yarada bilər!

İran beş nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin  naziri Yoav Qalant deyib.

“Yanılmayın, İran bir nüvə bombası yaratmaqla məhdudlaşmayacaq. İndiyə qədər o, uranı 20 və 60%-ə qədər zənginləşdirib ki, bu da beş nüvə bombası istehsal etmək üçün kifayətdir”, – İsrailin müdafiə naziri bildirib.

Qalant xəbərdarlıq edib ki, Tehranın uranı 90%-ə qədər zənginləşdirməsi böyük səhv olacaq və regionda vəziyyəti alovlandıra bilər.