İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ölkədə qismən səfərbərlik elan edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Zamir İsrail xalqına müraciət edərək ordunun həm ön, həm də arxa cəbhədə ciddi hazırlıq içində olduğunu deyib.
General vətəndaşları orduya dəstək olmağa çağırıb:
“On minlərlə əsgəri silah altına çağırırıq və bütün sərhədlərdə hazırlıqları gücləndiririk. Bu mübarizə həm yaxın, həm də uzaq cəbhədə aparılır. Ordumuz qətiyyətlə hərəkət edir və təhlükəsizlik qüvvələrimiz həyatlarını riskə ataraq bizi qoruyur”.