İsraildə qəsəbəyə soxulan terrorçular məhv edildi – FOTO

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin Adora qəsəbəsinə soxulan üç terrorçunu məhv edib.

Globalinfo.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.

“Adora qəsəbəsinə soxulan terrorçular bölgədə patrul xidməti həyata keçirən IDF əsgərlərinə atəş açıblar. Əsgərlər şübhəliləri təqib etməyə başlayıblar və nəticədə üç hücumçu müəyyənləşdirərək zərərsizləşdirilib.

Ərazidə axtarışlar davam edir”, – deyə paylaşımda bildirilib.