İsraildə etirazlar başladı: 100 mindən çox insan küçələrdə – FOTO

İsrailin paytaxtı Təl-Əvivdə Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatına qarşı növbəti etiraz aksiyası keçirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, nümayişlər zamanı etiraz edən kütlə ilə polis arasında qarşıdurma yaranıb.

Bildirilib ki, etirazlara 115 min nəfərdən çox insan qatılıb.