İsrailin bəzi bölgələrində gün ərzində rekord yüksək temperatur qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Meteorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, ölkənin ən isti nöqtəsi İordan Vadisi olub. Belə ki, Qalqal kəndində temperatur 49,7 dərəcəyə çataraq yeni rekord müəyyən edilib.
Qeyd edək ki, şəhərin bəzi yerlərində isə 51,1 dərəcə temperatur qeydə alınıb.
Əliyar Xəlil