06aea499 2228 3507 8e41 faa9dcac4008 850

Husilər elektrik stansiyasında təmir işlərinə başlayıblar.

Bu barədə husilərə məxsus Al Masirah telekanalı məlumat yayıb.

Bildirilib ki, onlar artıq obyektin bərpası işlərinə başlayıblar və o, əvvəlki vəziyyətinə qaytarılacaq.

İsrail ordusunun mətbuat xidməti isə açıqlayıb ki, ordu Səna bölgəsində husilərə məxsus enerji infrastrukturu obyektini vurub. Əməliyyat, yəmənli üsyançıların İsrailə qarşı hücumlarına cavab olaraq həyata keçirilib.

***11:14

Yəmənin paytaxtı Sənanın yaxınlığında yerləşən enerji infrastruktur obyektinə zərbə endirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl Sənadakı Haziz elektrik stansiyasında partlayış olub. Husilərin Siyasi Bürosunun üzvü Hizam əl-Əsəd bu partlayışların İsrailin hücumları nəticəsində baş verdiyini bildirib.

Bu gönderiyi Instagram’da gör

Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi


Safura Bənnayeva
Globalinfo.az  

Paylaş: