İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İsrailin Beyrutun Dahiyə bölgəsinə endirdiyi zərbədən sonra ABŞ-ı sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qalibaf bildirib ki, İsrailin hücumu Vaşinqtonun ya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyini, ya da buna qadir olmadığını göstərir.
Onun sözlərinə görə, ABŞ İsrailə “yaşıl işıq” yandıraraq eyni zamanda qarşı tərəfdən güzəşt əldə etməyə çalışır ki, bu yanaşma qəbuledilməzdir.
İran rəsmisi həmçinin “pis polis, yaxşı polis” taktikasının artıq təsirli olmadığını vurğulayıb.
“Əgər öhdəliklərinizi yerinə yetirmək üçün nə iradəniz, nə də imkanınız varsa, prosesin davamından danışmaq mümkün deyil”, – deyə Qalibaf qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az