
“İsrail və İran arasında sülh olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp qeyd edib.
O, İran və İsrail arasında tezliklə sülhün bərqərar olacağına əminliyini ifadə edib və hazırda bu məqsədlə görüşlərin, telefon danışıqlarının aparıldığını deyib.
Tramp həmçinin İran və İsraili razılığa gəlməyə çağırıb.
Əliyar Xəlil