5389119638274251730

İsrailin Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin satışına veto qoymasını istədiyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, mediada yayılan məlumatlara görə, Təl-Əviv bu məsələ ilə bağlı Moskva qarşısında müvafiq tələb irəli sürüb.

İddialara əsasən, İsrail S-400 sistemlərinin Türkiyəyə verilməsinin regional təhlükəsizlik balansına təsir göstərə biləcəyini hesab edir.

Bununla bağlı nə Rusiya, nə Türkiyə, nə də İsrail rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: