
İsrail İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katzın “X” -dakı paylaşımında qeyd olunur.
Nazir İsrail Hərbi Hava Qüvvələrinin Tehrana son hücumda sözügedən qərargahı hədəfə aldığını bildirib:
“Tornado tufanı Tehranı vurmağa davam edir. Hərbi Hava Qüvvələri elə indicə İran rejiminin daxili təhlükəsizlik sisteminin qərargahını vurub”.