305037

İsrail Suriyanın mərkəzi hissəsinə hava zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyası bəzi hədəfləri vurmağa müvəffəq olub. Zərbələr nəticəsində 7 nəfər yaralanıb.

“Bu gün İsrail mərkəzi hissədəki hədəflərə zərbələr endirib. Yeddi nəfər yaralanıb, həmçinin xeyli maddi ziyan dəyib”, – məlumatda bildirilir.

Qeyd olunur ki, Suriya hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin bir qismini vurmağa nail olub.

Suriyanın “Əl-Vətən” qəzeti daha əvvəl Homs əyalətindəki hədəflərin İsrailin hücumlarına məruz qaldığını açıqlamışdı.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: