İsrail şərt qoydu: Bu halda Rafaha hücum edəcəyik

“HƏMAS-ın razılaşmanı qəbul etməməsi bizi Rafahda əməliyyat keçirməyə məcbur edir”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

O bildirib ki, İsrail müharibədə öz məqsədlərinə çatmaq niyyətindədir.

“HƏMAS girovların azad olunması ilə bağlı razılaşma təklifindən imtina etsə, İsrail Rafah şəhərində əməliyyat keçirməyə məcbur qalacaq. Rafəhdə əməliyyat başladıqdan sonra belə, girovların evlərinə qaytarılması üçün bütün səylər davam etdiriləcək”, – nazir vurğulayıb.

Amma Yoav Qalant hərbi əməliyyatların başlayacağı dəqiq vaxtı açıqlamayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az