İsrail səfirliyi vurulsa, Bakının cavabı belə olacaq – Gizli plan

İran-İsrail gərginliyi davam edir. İranlı rəsmilərin, xüsusilə SEPAH-a bağlı şəxslərin İsrailin Bakıdakı səfirliyinə hücum edilməsi, ya da terakt törədilməsi yönündə açıqlamaları diqqət çəkir.

Maraqlıdır ki, Ermənistanda da İsrail səfirliyi var, lakin İran üçün hər zaman ehtimal hədəf Bakıdakı İsrail səfirliyidir. Bəzi ekspertlər bunu İranın hədəf yayındırmaq taktikası olduğunu iddia edir. Yəni əslində Bakıdakı İsrail səfirliyi hədəf göstərilir, amma başqa ölkələrdəki İsrail səfirliyinə hücum təşkil edilə bilər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu addım bir daha İranın şovinist ideologiyaya sahib olduğunun, sionist axtarışına yalnız Azərbaycanda çıxdığının, gövdə göstərişini rəqiblərinə qarşı həyata keçirə bilmədiyinin göstəricidir:

“Bundan öncə baş verən hadisələr, İsrail və ABŞ-la açıq qarşıdurmanın baş verməsi zəminində İranın hədəfdən və konfliktdən yayınması bu ölkənin əsl gücünü də, mahiyyətini də sərgiləmiş olur.

Bundan öncə də Tehran rejimi İraqda İsrail konsulluğuna raket hücumu həyata keçirmişdi. Xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə bəyanat verdi ki, bizim hədəfimiz qətiyyən İraq deyil, İsraildir. Hədəf İsraildirsə, niyə mübarizəni İsraildə aparmır? Diplomatik korpusa qarşı terror hücumunda püxtələşən İran eyni siyasəti ölkəmizə qarşı da yürütmək istəyir. Əlbəttə ki, Azərbaycan nə İraq, nə də digər ölkələr deyil ki, ərazisindəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verməsin”.

Politoloq deyib ki, Tehran hansı addımı atmağa çalışacaqsa, cavab reaksiyasını da Bakıdan görəcək:

“Artıq kifayətdir, İran Cəbrayılda sionizm axtarışına çıxdı, proksi qüvvələrinin arxasında gizləndi. İranın konstitusiyasında əks olunmuş “müsəlman təəssübkeşliyi” ifadəsi nə qədər realdırsa, sionistlərə qarşı mübarizəsi də o qədər realdır”.

Turan Rzayev
Globalinfo.az