İsrail səfirindən maraqlı sorğu – FOTO

İsrailin ölkəmizdəki səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qərarına dair daha bir paylaşım edib.

Globalinfo.az xəbər verir ki, səfir öz izləyiciləri arasında sorğu təşkil edib və onlardan Azərbaycanın milli yeməklərindən birinə səs verməyi istəyib.

“Azərbaycanın İsraildə səfirlik açması barədə qərarını Azərbaycanın milli yeməyi ilə qeyd etmək qərarına gəldik, lakin yeməyin hansı olmasına qərar verə bilmədik. Bizim əvəzimizə bu yeməyin hansı olacağına siz qərar verəcəksiniz”, – deyə səfir paylaşımında qeyd edib.

Sözügedən paylaşım izləyicilər arasında maraqla qarşılanıb. Sorğu 23 saatdan sonra başa çatacaq.