İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” platformasında paylaşım edərək Azərbaycana xalqına təşəkkürünü bildirib.
Globalinfo.az xəbər verir ki, səfir insanların səfirlik binası qarşısına Azərbaycan və İsrail bayraqları asması və qərənfillər düzməsi əks olunan fotolar paylaşıb.
“Bu səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Sevgi mesajları, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar – bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Təşəkkür edirəm. Biz qalib gələcəyik”-deyə paylaşımda qeyd olunur.
Thank you to the Azerbaijani people for this heartfelt gesture of friendship 🇦🇿❤️🇮🇱
The flood of messages of love, the flowers at our embassy’s gate, the posts on social media – these give us strength in this dark hour of our history. Thank you 🙏
We shall prevail 🇮🇱 pic.twitter.com/HteQcKBkTH
— George Deek (@GeorgeDeek) October 8, 2023