İsrailin müdafiə naziri İsrael Katz Yəməndən yəhudi dövlətinə atılan raketdən “Husilər”ə sərt cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Globalinfo.az-ın xəbərinə görə, nazir bildirib ki, Yəmənin taleyi Tehranın taleyi ilə eyni olacaq:
“Biz Tehranda ilanın başını əzdikdən sonra Yəməndəki “Husilər”ə də zərbə endirəcəyik”.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən buraxılan bir raketin qeydə alındığını və onun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Tahir Turan