İsrail Qəzza zolağında bu hissəni ələ keçirmək istəyir

İsrail Qəzza zolağının Misirlə sərhədində nəzarəti ələ keçirmək məqsədi ilə əməliyyatlar planlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan İsrail və Misir rəsmiləri qəzetə bildiriblər ki, İsrail rəsmiləri Misirlə sərhəddə hərbi əməliyyat planlaşdırdıqları barədə Qahirəni artıq xəbərdar ediblər.

Qeyd olunur ki, İsrail təxminən iyirmi il ərzində Qəzza zolağının bir sərhədi istisna olmaqla bütün sərhədlərinə nəzarət edib. İndi yəhudi dövləti Fələstin anklavının cənub sərhədinə nəzarəti bərpa etməyə çalışır.