edas

İsrail İranın ABŞ ilə danışıqlar aparan yüksək səviyyəli nümayəndələrinə, xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafa qarşı sui-qəsd planları hazırlaya bilərdi”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times”qəzeti ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Vaşinqton İranla danışıqların başlanğıcında ən azı Qalibafın İsrailin hədəf siyahısında olduğunu müəyyən edib və İsrail hakimiyyətindən ona qarşı mümkün sui-qəsd cəhdlərindən çəkinməyi xahiş edib”, – deyə bildirilib.

Nəşr yazır ki, bu narahatlıq ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarla bağlı məqsədlərinin fərqli olduğunu göstərən məqamlardan biridir:

İran nümayəndələri ABŞ ilə Pakistanın İslamabad şəhərində keçiriləcək danışıqlardan əvvəl Vaşinqtondan İsrailin gizli əməliyyatlar həyata keçirməyəcəyinə dair təminat istəyiblər.

Bundan başqa, Pakistan səfərindən İrana qayıdarkən İranın təhlükəsizlik xidmətləri Qalibafın olduğu təyyarəyə hücum hazırlığı barədə kəşfiyyat məlumatı əldə edib. İddialara görə, bunun üçün İraq istiqamətindən İranın hava məkanına iki İsrail qırıcısı daxil olub. Təhlükə səbəbindən Qalibafı daşıyan təyyarə ən yaxın hava limanına təcili eniş edib, danışıqlar heyəti isə Tehrana quru yolu ilə yollanıb”.

Günel Cəlil
Globalinfo.az

Paylaş: