Polis erməniləri “İnək bağı” məhəlləsindən çıxarır – VİDEO

Qüdsün ermənilərin yaşadığı “İnək bağı” adlanan məhəlləsində İsrail polisi ilə sakinlər arasında qarşıdurma yaşanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, İsrail polisi erməni əhalinin bir qismini ərazidən çıxarmağa başlayıb.

Qeyd edək ki, sözügedən ərazidə İsrail hökuməti ilə ermənilər arasında bir müddətdir mübahisə yaşanır. Belə ki, Qüdsün erməni patriarxı məhəllənin bir hissəsini yəhudi şirkətinə qanuni sənədlərlə uzunmüddətli icarəyə verib. Məsələ patriarxlıqda ciddi etirazlara səbəb olub. Əhali patriarxın qərarına etiraz edərək razılaşmada deyildiyi kimi ərazidən çıxmayacağını bildirib.

Ötən ilin noyabrından etibarən erməni sakinlər İsrail polisinə qarşı çıxaraq ərazini tərk etməmək və dirəniş göstərmək üçün barrikadalar qurublar.

Ayşən Mustafa
Globalinfo.az