knesset

İsrail parlamenti böyük səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasını rədd edən qətnamə qəbul edib.

Globalinfo.az xəbər verir ki, məlumatı “The Times of İsrael” yayıb.

“İsrail Knesseti qəti şəkildə İordaniyadan qərbdə Fələstin dövlətinin yaradılmasına qarşı çıxır. Fələstin dövlətinin İsrailin ürəyində yaradılması ölkəmizin mövcudluğuna təhdid kəsb edəcək, İsrail-Fələstin konfliktini gücləndirəcək və regionu qeyri-stabil edəcək”, – deyə qətnamədə bildirilib.

Həmçinin vurğulanıb ki, Fələstin dövləti yaradılarsa, tezliklə hakimiyyəti HƏMAS ələ keçirib, onu radikal islam terroru üçün bazaya çevirəcək.

Qəzet yazır ki, qətnamənin lehinə Baş nazir Benyamin Netanyahunun koalisiyasına daxil olan partiyalar, o cümlədə müxalifətdəki sağ və mərkəzçi partiyalar da səs veriblər. Qətnamənin əleyhinə keçmiş xarici işlər naziri Yair Lapidin sol mərkəzçi Yeş Atid Partiyası çıxıb. Partiya etiraz olaraq parlament zalını tərk edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: