380598684 1323536661621146 5267637714650826598 n

İsrail ordusunun “Kabus” adlı elit bölməsinin rəisi, polkovnik Roy Levi Reim şəhərinin cənubunda Fələstinin HƏMAS qruplaşmasının yaraqlıları ilə döyüş zamanı həlak olub.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

“O, evlərində mühasirəyə alınan vətəndaşları xilas etmək üçün ilk olaraq Reimdə döyüşə girərək, komandasını cəsarətlə idarə etdi”, – İsrail ordusunun yaydığı məlumatda bildirilib.

Məlumatda 10-a yaxın fələstinli yaraqlının öldürüldüyü da qeyd edilib.

Xatırladaq ki, bundan öncə daha bir polkovnikin – briqada komandiri Yonatan Ştaynberqin həlak olduğu bildirilmişdi.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.
İsrail ordusu cavab tədbirləri görür.

Paylaş: