İsrail Müdafiə Ordusu Suriya ərazisindən İsrailə iki mərminin atılmasına cavab olaraq bu ölkənin cənubundakı hədəflərə artilleriya zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hücumlar artilleriya bölmələri tərəfindən həyata keçirilib.
Bundan əvvəl İsrail ordusu Suriyadan iki mərminin buraxıldığını qeydə aldıqlarını açıqlamışdı. Mərmilər İsrail ərazisində insanların yaşamadığı boş əraziyə tuş gəlib və ölən və ya xəsarət alan olmayıb.
Aysel Əliyeva
Globalinfo.az