İsrail ordusu Qəzza şəhərini mühasirəyə aldı

İsrail hərbçiləri Qəzza şəhərini mühasirəyə alıblar.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

O, bildirib ki, şəhər bir neçə istiqamətdən mühasirəyə alınıb:

“Mən irəliləyiş əldə etdiyimizi görürəm. Biz çox çətin vəziyyətdə, sıx məskunlaşmış ərazidə döyüşmək məcburiyyətindəyik”, – deyə o bildirib.