israil ordu 13

İsrail Müdafiə Ordusu Livanın cənubunda, sərhəddən təxminən 10 kilometr məsafədə yerləşən Saluki çayı vadisi üzərində operativ nəzarət qurduğunu bəyan edib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun 7-ci zirehli briqadası və “Eqoz” xüsusi təyinatlı bölməsi Saluki çayının şimalında yerləşən ərazilərdə əməliyyatı başa çatdıraraq, həmin zonanı “Hizbullah”ın infrastrukturundan təmizləyib.

Ordunun açıqlamasına görə, əməliyyat Livanın cənubunda operativ nəzarətin gücləndirilməsi, həmçinin Qalileya bölgəsi və Metula yaşayış məntəqəsinə yönəlmiş birbaşa təhdidlərin aradan qaldırılması məqsədi daşıyıb.

İsrail tərəfi iddia edir ki, “Hizbullah” Saluki ərazisində partlayıcı maddələrlə təchiz olunmuş pilotsuz uçuş aparatlarının buraxılması və hərbçilərə qarşı raket hücumlarının həyata keçirilməsi üçün infrastruktur yaradıb.

Məlumata əsasən, əməliyyat zamanı quru qoşunları və Hərbi Hava Qüvvələri tərəfindən “Hizbullah”a məxsus yüzlərlə obyekt məhv edilib, 50-dən çox qruplaşma üzvü zərərsizləşdirilib. Həmçinin tank əleyhinə raketlər və partlayıcı maddələr də daxil olmaqla müxtəlif silah-sursatın ələ keçirildiyi bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: