İsrail daha iki kritik şəxsi öldürdü

İsrail hərbçiləri “Hizbullah”ın iki səhra komandirini öldürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Livanın cənubundakı Xiam bölgəsində Faruk Əmin Alasi və Yusef Əhməd Nun zərərsizləşdirilib.

Onların İsrail ərazilərinin atəşə tutulmasında xüsusi rol oynadıqları qeyd edilib.